Böyük Britaniyanın Uels şəhərində qadın boğularaq ölüb.
Bakupost.az xəbər verir ki, 37 yaşlı Natali Buss ağzına 10 zefiri birdən basıb yemək istəyərkən boğulub. O yarışda 10 yaşlı oğluna dəstək üçün bunu edib.
Müsabiqədə kim bir dəqiqədə daha çox zefiri ağzına yerləşdirmək üzrə yarışan qadın 10 zefiri bir dəqiqədə yeyəndən sonra huşunu itirib.
Tibb bacısı və həkimlər ona defibrilyator tətbiq etsələr də nəticə verməyib. Rəyə görə, o, ağzında çox sayda zefir şişdiyi üçün nəfəs yolu tıxandığından ölüb.
Məhkəmə təhlükəli müsabiqə təşkil edən təşkilatçıları məsuliyyətə cəlb edib.
Aygün Musayeva
BakuPost