Ru
14:09 / 14 May 2022

Faktiki hava açıqlandı

531
Mayın 14-ü saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib, lakin 13-ü günün birinci yarısında Lerikdə 5.0 mm, Culfada 2.0 mm, Naxçıvan, Şərur, Ordubadda 1.0 mm-dək yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, havanın temperaturu Bakıda iqlim normasından 1.0° aşağı olub.

Mayın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraiti sabit, yağmursuz keçəcək. Lakin 16-sı gündüzdən 17-si səhərədək şimal-qərb küləyinin güclənəcəyi, 16-sı səhər saatlarında arabir yağış yağacağı gözlənilir.


Bölgələrdə də 15-i axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 17-si gündüzədək arabir yağıntılı olacağı gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimalı var.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər