Ru
00:04 / 12 Yanvar 2022

Fevralda Avropanın 50 faizi “omicron”a yoluxacaq - ÜST

446
"Yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “omicron” ştamına yoluxacaq".

Bakupost.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, regionun 53 ölkəsindən 50-də "omicron" ştamı qeydə alınıb:

“Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “omicron” ştamına yoluxacaq”.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər