Ru
12:22 / 03 Dekabr 2022

Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi - London məhkəməsində iş açıldı

7916
Londonda çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyatla əlaqədar
daha bir azərbaycanlı milyonçunun məhkəməsi başlayıb.

Bakupost.az Britaniya KİV-ə istinadla xəbər verir ki, məhkəmə istintaqı Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyinin iddiası əsasında başlayıb.

Hələlik azərbaycanlı oliqarxın adı gizli saxlanılır. Lakin Evening Standard və BBC həmin şəxsin kimliyini üzə çıxarmağa çalışır.

Evening Standard qəzeti xəbər verir ki, iş adamı adının gizli saxlanılması üçün Britaniyanın ən məşhur üç hüquqşünasının xidmətindən istifadə edir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində London məhkəməsi Evening Standard qəzetinin bəyanatı əsasında çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı oliqarx, “Avromed” şirkətinin rəhbəri, deputat Cavanşir Feyziyev və onun üç ailə üzvünün adından məxfilik qrifini götürmüşdü.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər