Ru
23:37 / 19 Yanvar 2023

FHN ayaqqabı sexindəki yanğınla bağlı məlumat yayıb

1947
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ayaqqabı sexində baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Bakupost.az -a daxil olan məlumatda deyilir ki, Suraxanı rayonunda ümumi sahəsi 600 m² (hər mərtəbəsi 300 m², qeyri-yaşayış) olan ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində fəaliyyət göstərən ayaqqabı istehsalı sexində dəzgahın havalandırma qurğusu, 1 ədəd elektrik lövhəsi, 2 ədəd qoruyucu açar və 5 p.m kabel yanıb.

Sexin qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər