Ru
01:00 / 23 Noyabr 2022

Fransa millisi Avstraliyanı darmadağın etdi

8273
Qətərdə keçirilən dünya çempionatının D qrupunda ilk tura yekun vurulub.


Qrupun 2-ci oyununda Fransa millisi Avstraliyanı darmadağın edib - 4:1.


Hesabı 9-cu dəqiqədə Kreyq Qudvinin vurduğu qolla avstraliyalılar açıblar. 27-ci dəqiqədə Adrian Rabyo tarazlığı bərpa edib. 32-ci dəqiqədə Olivye Jiru fransalıları hesabda önə keçirib. 68-ci dəqiqədə Kilian Mbappe 3-cü dəfə rəqibi meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 71-ci dəqiqədə Jiru qoyub.

Bu nəticədən sonra son dünya çempionu 3 xalla turnir cədvəlinə başçılıq edir. Danimarka və Tunis hərəyə 1 xalla 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Avstraliya isə sonuncu sırada qərarlaşıb.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Avstraliya yığmaları arasında D qrupunun I tur oyunu başlayıb.


Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.


***


Qətərdə keçirilən dünya çempionatının D qrupunun ilk turunda üz-üzə gələcək Fransa və Avstraliya yığmalarının start heyətləri açıqlanıb.


FIFA-nın rəsmi saytında yer alan məlumata görə görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:


Fransa: Uqo Loris (K), Benjamin Pavar, Dayo Upamekano, İbrahim Konate, Lukas Ernandes, Orelyen Tçuameni, Adrien Rabyo, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru


Avstraliya: Metyu Rayan (K), Nataniel Atkinson, Aziz Behiç, Mitçell Dyuk, Kreyq Qudvin, Cekson İrvin, Mettyu Leki, Rayli Makqri, Aaron Muy, Kay Rouls, Harri Suttar


Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Matçın canlı yayımını BURADAN izləyə bilərsiniz.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər