Ru
21:08 / 24 Noyabr 2022

Fransada nə baş verir? - Hər 2 gündə 1 qadın öldürülür

1689
Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (Insee) Fransa Ədliyyə Nazirliyi ilə birlikdə qadın qətlləri ilə bağlı hazırladığı hesabat yayımlanıb.


Bakupost.az bildirir ki, hesabata görə, 2022-ci ilin əvvəlindən Fransada ümumilikdə 121 qadın qətlə yetirilib. Ölkədə hər iki gündə bir qadın öldürülür. Qadınların 86-sı öz evində hücuma məruz qalıb, həmin qadınlardan 54-ü münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalıb. Qadınların əksəriyyətinin öldürülmə səbəbi ayrılıq qərarı verməsi olub.


Məlum olub ki, qətlə yetirilən qadınlardan 63-ü ana olub, 6-sı isə uşaqları ilə birlikdə öldürülüb. İki qadın isə hamiləlik dövründə qətlə yetirilib.


2022-ci ildə Fransada törədilən qadın qətlləri nəticəsində 129 uşaq yetim qalıb. 36 uşağın anası onların gözləri qarşısında öldürülüb. Ölkədə cari il ərzində 30 qadın intihar edib, 11 qadın isə intihara cəhd edib.


Böyük şəhərlərdə 25 min qadın iştirakçı ilə aparılan sorğulara görə, hər iki qadından biri cinsi zorakılığa və ya təcavüzə məruz qalır. Fransada hər il orta hesabla 94 min qadın təcavüzə uğrayır və ya təcavüz cəhdi ilə üzləşir. Fransada 2021-ci ildə 113 qadın, 2020-ci ildə 102 qadın, 2019-cu ildə 153 qadın, 2018-ci ildə 123 qadın, 2017-ci ildə 143 qadın, 2016-cı ildə isə 131 qadın qətlə yetirilib.


Aysel
Baku Post

Şərhlər
  • t.ədalət

    Fransa yeganə ölkədir ki,bir qadının bir neçə əri və oynaşı olur.Eyni ilə ermənistanda olduğu kimi.erməni qadınları da bir kişi ilə kifayətlənə bilmirlər.Fahişəliyin mərkəzi də fransadır.Fahişələrin abır-həyası olmur.Onlar dünyaya bulanıqlıq gətirirlər.Kişisiz qala bilməmələri onları iyrənc metoddan istifadə etməyə məcbur edir.Nəticədə mordaları bərkiyib kvadrat şəkili alan bu qadınlar cəmiyyət üçün üz qarasından başqa bir şey deyillər.Onlar çox vaxt qucaq davasının qurbanına çevrilirlər..Fahişələr nə qədər çox öldürülsə bəşərtiyyət də bir o qədər durular.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər