Ru
17:25 / 17 Noyabr 2022

Fransanı yerində oturtmaq 2 vur 2-dir - Akif Nəsirli

6274
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan parlamenti Fransa Senatının qəbul etdiyi qətnaməyə bəyanatla cavab verib. Bəyanatda Fransanın ermənipərəst davranışları, islamafob, türkəfob siyasəti, törətdiyi faciələr qeyd olunub. Eyni zamanda Fransa ilə ticarət əlaqələrinin məhdudlaşdırılması təklif edilib.




Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, Fransadan bir sıra məhsulların idxalına qadağa qoyulacağına inanımır. Onun fikrincə, bu addım Azərbaycan iqtisadiyyatına da mənfi təsir edə bilər.


Ekspert Fransaya qarşı iqtisadi cavabın mənfi tərəfləri olduğunuda qeyd edib:

“Azərbaycanda Fransanın varlığı əsasən, enerji sektoru ilə bağlıdır. Müəyyən məhsulları da biz Fransadan idxal edirik. Enerji sektorunda Fransanın varlığının aradan qaldırılması barədə hökumətin hər hansı addımı ola bilər. Bu sektor dövlət nəzarəti altındadır. Lakin Fransadan digər məhsulların idxalına qadağa qoyulacağını hesab etmirəm. Digər tərəfdən, iqtisadi sanksiyalar Fransa ilə yanaşı Azərbaycanın özünə də təsir edəcək. Təbii ki, Fransa parlamentinin addımlarına cavab vermək lazımdır. Amma iqtisadi dillə yox, siyasi dillə. Biz tərəfdaşlıq etdiyimiz ölkələrlə birgə Fransaya təsir etməliyik. Fransa Avropanın söz sahiblərindən biridir. Ona görə də bu cür dövlətlərarası münasibətlərdə iqtisadi addımlar arxa plana atılmalıdır. Azərbaycanın bu istiqamətdə təcrübəsi də var. Məsələn, Yunanıstan Ermənistanla münasibətlərə malikdir. Bizim dostluq əlaqələrimiz olan Türkiyə ilə də münasibətləri gərgindir. Amma biz onlarla TANAP layihəsi üzərindən problemsiz iqtisadi tərəfdaşlığı davam etdiririk. İqtisadiyyatla siyasət arasında baraj qoymaq lazımdır. İqtisadiyyatı siyasətə qurban vermək olmaz”.

A. Nəsirli Fransaya siyasət üzərindən təsir göstərməyib vacibliyini bildirib:

“Qətnamə Fransa parlamentinin aşağı palatasında müəyyən ermənipərəst qüvvələrin təsiri ilə qəbul edilib. Onun yaxın gələcəkdə ciddi təsirləri olacağını düşünmürəm. Buna baxmayaraq, Azərbaycan da cavab verməlidir. Çünki Fransa parlamentinin çox ciddi ədalətsizliyi var. Bizim onları siyasət üzərindən vurmağımız üçün Fransanın açıq alanları mövcuddur. Həmin açıq alanlardan istifadə edə bilərik. Burada beynəlxalq hüquq pozulub. BMT-nin tanıdığı Azərbaycan ərazisinə iddialar dəstəklənib. Fransa parlamentinin qətnaməsində bu barədə danışılır. BMT vasitəsilə də Fransaya qarşı addımlar atılmalıdır. Bu məqamlardan istifadə edib Fransanı yerində oturtmaq 2 vur 2-dir”.
Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər