Ru
20:27 / 26 Sentyabr 2022

FTX bu ölkənin konsulunu casusluq ittihamı ilə saxladı

1866
Rusiya Federal Təhlükəsizlik Xidməti Yaponiyanın Vladivostokdakı konsulu Motoki Tatsunorini casusluqda ittiham edərək saxlayıb.



Bakupost.az xareici mətbuata istinadən xəbər verir ki, Yaponiya konsulunun “Rusiyanın Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığının aktual aspektləri” və “Qərbin sanksiyalar siyasətinin Primorsk diyarında iqtisadi vəziyyətə təsiri haqqında” məxfi məlumatları alarkən cinayət başında yaxalandığı bildirilir.



Diplomatik kanallar vasitəsilə Yaponiya tərəfinə etiraz bildirilib, konsul isə arzuolunmaz şəxs elan edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər