Ru
23:31 / 11 Noyabr 2022

FTX iflas olduğunu elan etdi

4132
Böyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib.


Bakupost.az xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat yerləşdirilib.


Məlumatda deyilir ki, FTX-nin təsisçisi və baş direktoru Sem Benkmen-Frid baş direktor vəzifəsini tərk edir və onun yerini müvəqqəti olaraq Con Cey Rey tutacaq.


Qeyd edək ki, Sem Benkmen-Frid Vaşinqtonda kriptovalyutalar üçün qaydaların formalaşması üçün lobbiçilik edən güclü fiqur hesab olunur. Onun sərvəti son bir həftədə 1 milyard dollardan da aşağı səviyyəyə düşüb.


FTX-nin problemləri noyabrın əvvəlində, “CoinDesk” portalının araşdırmasında birjanın ödəniş qabiliyyətli olmadığını elan etməsindən sonra başlayıb. Bunun ardınca vəsaitlərini itirməkdən qorxan investorların reaksiyası özünü çox gözlətməyib - token sahibləri kütləvi şəkildə pullarını birjadan çıxarmağa başlayıblar.


Ümumilikdə, FTX 8 milyard dollar borc alıb və rəhbərlik likvidliyi qorumaq üçün vəsait tapa bilməyib. Bu hadisə 2022-ci ildə sənayedə ən böyük iflas olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər