Türkiyədə Ukrayna və rusiyalı futbolçular arasında davanın kadrları yayılıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, “Minay” futbol klubu hadisə ilə bağlı açıqlama da yayıb.
Açıqlamada qeyd olunur ki, münaqişə mehmanxananın foyesində sərxoş rusiyalı futbolçunun biabırçı davranışı ucbatından başlayıb:
"O, tualetdə otel işçi olan qadına qarşı kobudluq edib. Futbolçumuz həmin işçini müdafiə edib. Bundan sonra "Şinnik”in sərxoş oyunçusu gedib yoldaşlarını çağırıb. Onlar liftdə bizi təxribata çəkməyə başladılar: "Rusiyaya eşq olsun", "gəlin, indi biz sizinlə məsələni ayırd edəcəyik" deyə qışqırırdılar. Biz də qalxdıq və məsələni ayırd etdik. Nəticədə "Şinnik”in nə qədər oyunçusu xəsarət alıb? Onlar 4 nəfər deyirlər.Yaxşı, 4 olsun. Bu gün bütün komandamız məşqdədir, artıqsosial şəbəkələrdə bu barədə foto var. "Şinnik"in oyunçuları isə indi əşyalarını yığıb harasa "Rusiya gəmisi"nin ardıca gedirlər".
Xatırladaq ki, Türkiyənin “Royal Seginus” otelində Rusiyanın “Şinnik” və Ukraynanın “Minay” klublarının futbolçuları arasında kütləvi dava olub.
Zaur
BakuPost