Ru
09:48 / 23 Sentyabr 2022

Füzulidə ağır qəza: ölən və yaralanan var

1180
Füzuli rayonunun Mincivan-Hacıqabul avtomobil yolunun 118-ci kilometrliyində yol qəzası olub, ölən və yaralananlar var.


Bakupost.az xəbər verir ki, ötən gün saat 17 radələrində 1992-ci il təvəllüdlü Kərimli Cəlal Abil oğlunun idarə etdiyi "Qazel" markalı nəqliyyat vasitəsi ilə 1978-ci il təvəllüdlü Məmmədov Elşən Əmir oğlunun idarə etdiyi "Daewoo" markalı avtomobili toqquşub.


Bu zaman zərbənin təsirindən "Daewoo" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə "Daewoo" markalı avtomobilin sərnişini - 1955-ci il təvəllüdlü İmaməliyeva Rahilə Hidayət qızı hadisə yerində ölüb, hər iki avtomobilin sürücüləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Faktla bağlı Füzuli Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər