Ru
14:25 / 22 İyun 2022

Füzulidə Britaniya şirkətinin nümayəndəsini ilan sancdı

1110
Füzulidə Britaniya şirkətinin əməkdaşını ilan sancıb.

Bu barədə Bakupost.az -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Agentliklə əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən onu ilan vurub.

Nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardım göstərilib. Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ona ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər