Ru
11:23 / 14 Yanvar 2022

Gecə ilə ağacları kəsən şəxs cəzalandırıldı

554
Şabran şəhəri, mərkəzi parkın yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Xidmətin regional idarəsinin rəisi Qafar Ağayev Bakupost.az -a bildirib ki, araşdırma zamanı 3 göyrüş ağacının Şabran rayon sakini Vidadi Əliyev tərəfindən kəsildiyi və təbiətə 850 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Onun sözlərinə görə, faktla bağlı akt, protokol tərtib olunub və təqsirkar şəxs cərimələnib: "Regional ekologiya idarəsinin əməkdaşlarının nəzarəti altında Şabran rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən bu gün kəsilmiş ağacların yerində yeni ağaclar əkiləcək".
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər