Ru
19:00 / 20 Sentyabr 2022

Gənc fəal barəsində həbs qərarı verildi - YENİLƏNİB

2055

Səbail rayon Məhkəməsinin qərarı ilə Əhməd Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmamaq) təqsirli bilinərək 30 sutka müddətinə həbs edilib. 



***

15:26



Gənc fəal, "Demokratiya 1918" Hərəkatının sədri Əhməd Məmmədli saxlanılıb.




Sosial şəbəkələrdə onun günorta saatlarında iki nəfər mülki geyimli şəxs tərəfindən İslam Səfərli küçəsində maşına mindirildiyi və naməlum istiqamətə aparıldığı haqda məlumat yayılıb.


DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Qafqazinfo-ya bildirib ki, Ə.Məmmədli polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Hələlik onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər