Ru
15:05 / 20 Sentyabr 2022

Gəncədə 17 yaşlı oğlanı bıçaqlayıb öldürdülər

1162
Gəncədə 17 yaşlı oğlan qətlə yetirilib.


Gəncə Şəhər Prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, bu gün saat 6:00 radələrində 2005-ci il təvəllüdlü Həsən Novruzovun aldığı xəsarətdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.


Araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Azər Mövsümovun sentyabrın 19-u bıçaqla Həsən Novruzova xəsarət yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Azər Mövsümov şübhəli şəxs qismində tutulub, istintaq davam etdirilir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər