Ru
17:45 / 23 İyun 2022

Gəncədə 25 yaşlı qadını keçmiş əri öldürdü

1207
Gəncədə 25 yaşlı qadın keçmiş əri tərəfindən qətlə yetirilib.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakupost.az -a verilən məlumata görə, iyun ayının 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub.


Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A.Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.


Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər