Ru
00:31 / 02 Sentyabr 2024

Gəncədə sirkə turşusu içən qadın xəstəxanada öldü

2022
Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Bakupost.az -ın APA-ya istinadla məlumatına görə hadisə şəhərin F. Bayramov küçəsində qeydə alınıb.

Belə ki, 1941-ci il təvəllüdlü M. Babayeva evdə sirkə turşusu içərək zəhərlənib.

Yaşlı qadın xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Babayevanın həyatını xilas etmək mümkün olmayıb.

Yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar