Ru
20:10 / 23 Noyabr 2022

Gəncədə uşaqlar dəm qazından zəhərləndi - Ölən var

2117
Gəncədə 4 nəfər dəm qazından zəhərlənib


Hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən binada qeydə alınıb.


DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bakupost.az -a verilən xəbərə görə, hadisə yerinə gələn əməkdaşlar araşdırma aparıb. Hadisə zamanı 2020-ci il təvəllüdlü Z.Musayeva dəm qazından zəhərlənərək öldüyünü, daha 3 nəfər – 2015-ci il təvəllüdlü Zeynəb Musayeva, 2018-ci il təvəllüdlü Dərya Musayeva və 2019-cu il təvəllüdlü Fatimə Musayevanın zəhərləndiyini məlum olub.


Hadisə ilə bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər