Ru
21:33 / 17 Noyabr 2022

Gəncənin viran qalan yolları - Sakinlər yola iki ayaqqabı ilə çıxır - VİDEO

2033
İlk baxışdan ucqar dağ kəndini xatırladan yaşayış massivi Gəncənin Məhsəti qəsəbəsidir. Hansıki, ölkənin ikinci böyük şəhərinin ən böyük qəsəbələrindən biri hesab olunur.



Yaşayış massivi 1980-ci illərin sonu, 90-cı illərin əvvələrində salınıb. İlk illərdə evlər az olsa da zamanla say artıb.


İllər bir-birini əvəzləyib amma qəsəbənin bir çox problemləri hələ də həllini tapmır. Ən böyük çətinlik yoldur. Payız və qış aylarında vəziyyət daha da acınacaqlı hal alır.


Məhsəti qəsəbəsində təxminən 52 küçə var. Yaşayış massivi kifayət qədər böyük ərazini əhatə edir. Gəncə şəhərinin mərkəzindən Məhsəti qəsəbəsini avtomobillə təxminən 15-dəqiqə zaman ayırır.


Bu yararsız avtomobil yolundan gündəlik 100-dən artıq piyada keçir. Elə ictimai nəqliyyat da buradan hərəkət edir. Sakinlər deyir ki, aidiyəti qurumlardan ancaq vədlər eşidiblər. Amma nəticə yoxdur. Rəsmilərdən əlacı kəsilənlər isə öz vəsaitləri hesabına vəziyyətdən çıxmağa çalışırlar.


Qəsəbənin problemlərindən biri də mavi yanacaqdır. Daha doğrusu yaşayış massivinin müəyyən hissəsində mavi yanacaq var, amma bəzi küçələrində yoxdur.


Alıyevlər ailəsi Məhsəti qəsəbəsinə təxminən 5-il bundan öncə Gədəbəy rayonundan gəlib. Havalar soyuyanda ən birinci təlabatları istilikdir


Yeri gəlmişkən, bir faktı da deyək ki, Məhsəti qəsəbəsində Gəncə şəhəri və Gədəbəylə yanaşı Göygöl və Daşkəsən rayonundan gələnlər də var. Hər kəs çətinliklərin həll ediləcəyinə ümid edir.


Bəs bu illər ərzində Gəncə şəhərinin qəsəbələrinə infrastruktur işlərinin görülməsi üçün nə qədər vəsait ayrılıb? Problemlərin həlli nə zaman mümkün olacaq? Təəssüf ki, bu suallarımıza Gəncə şəhər İcra Hakimiyyətindən cavab ala bilmədik. Hər halda biz çəkib göstərdik. Ümid edirik ki, aidiyəti qurumlar da illərlə yığılıb-qalan problemlərin həllinin tezləşdirər.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər