Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:50 / 15 Oktyabr 2024

Gəncləri ordudan yayındıran rektor saxlanıldı - Ukraynada qalmaqal

1591
Ukraynanın Zakarpatiya bölgəsində Şərqi Avropa Slavyan Universitetinin rektoru ukraynalıları cəbhə xəttinə göndərilməkdən "xilas etdiyi" üçün saxlanılıb. O, 300-dən çox gənci səfərbərlikdən saxlayıb.

Bakupost.az Ukraynanın “Strana” qəzetinə istinadən xəbər verir ki, bu barədə jurnalist Vitali Qlaqola bildirib.

Qeyd olunur ki, söhbət rektor Lyudmila Nesuxdan gedir. O, ukraynalıları səfərbərlikdən yayındırmaq və Şərqi Avropa Slavyan Universitetinə saxta yolla qəbul etməkdə şübhəli bilinir.

İstintaq iddia edir ki, Nesux bu "xidmətlər" üçün konkret qiymətlər də qoyub. Belə ki, "təhsil ərizəçisi" statusu üçün 1500 avro, səfərbərlikdən möhlət üçün isə 500-1000 dollar pul alıb.

Qeyd edək ki, bundan öncə Ukraynanın Xmelnitski vilayətində çağırışçılara saxta diaqnozlar qoyan qadın məmur saxlanılıb. Axtarışlar zamanı o, təxminən yarım milyon dolları pəncərədən atmağa çalışıb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar