Ru
11:24 / 08 Dekabr 2021

Gənclərin inkişafı üçün layihələr üzərində çalışırıq - Fərid Qayıbov

1427
Ölkə başçısının tapşırıqlarına üzrə "Kənd gənclərinin peşəkar inkişafı" və "Gənclərin elektron inkişafı" planı istiqamətində tədbirlər görülür.

Bakupost.az xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Fərid Qayıbov “Azərbaycan Karyera İnkişaf Forumu”nda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, gənclərin bilik və bacarıqlarının inkişafı istiqamətində aidiyyəti qurumlarla yanaşı nazirlik tərəfindən də bir sıra layihələr həyata keçirilir:

"Müasir bazar münasibətlərində karyera sahəsində tələblər dəyişir və bu da əmək bazarında rəqabət yaranır. Bu da əmək bazarına yeni atılan gənclər arasında bir sıra ziddiyətli proseslərlə qarşılaşa bilərlər. Cəmiyyətin daim transformasiya olunduğumu və əmək bazarında rəqabətlərin artdığını unutmaq olmaz. Gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl işlər görə bilərik. Hazırda gənclərin inkişafı ilə bağlı bir neçə layihənin üzərində çalışırıq”, - deyə F.Qayıbov bildirib.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər