Ru
16:57 / 08 Avqust 2022

Gərginlik yüksəlir: Çin Tayvan yaxınlığında yeni təlimlərə başlayır

1104
Çin Tayvan ətrafında akvatoriya və hava məkanında yeni hərbi təlimlər elan edib.


Bakupost.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu məlumat yayıb.


Çin hərbi komandanlığı bildirib ki, təlimlər zamanı onlar dənizdə hücum və sualtı qayıqlara qarşı əməliyyatları işləyəcəklər. Təlimlərin dəqiq yeri və müddəti hələ məlum deyil.


Qeyd edək ki, Çinin bundan öncə avqustun 7-də başa çatan hərbi təlimləri ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Amerika nümayəndə heyətinin tərkibində Tayvana səfərinə etiraz olaraq keçirilib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər