Ru
13:40 / 20 İyul 2022

Gömrük Komitəsində neçə nehrəmli var? - Fantastik rəqəm + SİYAHISI

26917
Bir neçə gün əvvəl vəzifəsindən azad edilən Səfər Mehdiyevlə bağlı ən çox müzakirə edilən məsələlərdən biri qohumlarını, tanışlarını və ən əsası Nehrəm kəndindən olan yaxınlarını Gömrük Komitəsinə yığması ilə bağlıdır.


Bakupost.az mövzunun aktuallığını nəzərə alaraq komitədəki nehrəmlilərlə bağlı kiçik bir araşdırma aparıb.


Məlum olub ki, komitənin 4 000 əməkdaşının 1400-ündən çoxu Nehrəm kəndindədir. Bu sayın 1800, hətta 2000 olduğunu iddia edənlər də var. Səfər Mehdiyev komitənin az qala yarısını öz doğulduğu kəndin adamlarına etibar edib. Bu şəxslərin içərisində heç şübhəsiz ki, yaxın qohumları da var.

Onların sayı 40-dan çoxdur. Vaxtilə müxtəlif media orqanlarında Səfər Mehdiyevin 36 qohumunun siyahısı dərc olunub. Həmin şəxslərin çoxu yüksək post tutur.


Qeyd etmək lazımdır ki, gömrük sistemində naxçıvanlılar, nehrəmlilər S. Mehdiyevin sədrliyindən əvvəl də çalışıb. Amma S.Mehdiyev rəhbər gətirildikdən sonra demək olar ki, yalnız nehrəmlilər işə götürülüb.


Bununla bağlı maraqlı bir məqamı da qeyd edək. S.Mehdiyevə qədər Gömrük Akademiyasının binasında gömrük kursları fəaliyyət göstərib. Kursa əslən Naxçıvandan olan Kamil Eyyubov rəhbərlik edirmiş. Bu kurslarda Gömrük Akademiyasına tələbələr hazırlayır, əksəri də işlə təmin olunurmuş. S.Mehdiyev sədr postuna oturan kimi kursları ləğv edib. Sədrin adından K. Eyyubova çatdırılıb ki, komitəyə yalnız nehrəmli lazımdır, onlardan isə imtahan tələb olunmur.


Nehrəmli gömrükçülərdən 5-i generaldır: general-polkovnik Səfər Mehdiyev, DGK Akademiyasının rəisi Qulu Novruzov, DGK sədr müavini, general-leytenant Əsgər Abdullayev, general-mayor Kənən Məmmədov və həbs olunmuş general-mayor Məsum Rəsulov.


Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) DGK-də bir neçə dəfə əməliyyatlar aparıb.


Əməliyyatlar nəticəsində Komitənin generalları, vəzifəli şəxsləri saxlanılıb.


Baş verənlərdən sonra Prezident İlham Əliyev DGK sədri S. Mehdiyevi vəzifəsindən azad edib.


Həmçinin, DGK-də Hesablama Palatası tərəfindən maliyyə yoxlamaları da aparılır.

Qurumdan Bakupost.az -a bildirilmişdi ki, hazırda yoxlamalar davam edir, nəticəsi barədə məlumat veriləcək.


E.Mirzəyev
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • ABDULLAYEV ŞAHİN ƏVƏZAĞA

    Moderator Konstitusiyanı pozmaq olmaz 50 -cı maddəni oxuyun

  • Abdullayev Şahin

    Necə olurki kolbasa çörək yeməyi bilirlər Kömrük kadrlarından xəbərləri yoxdur Misir firionları deyib Əgər Nil çayı sahilində qurd quzunu yeyirsə deməli günahkar mənəm Təklif edirəmki bir az xərc çəkib Beynəlxalq Kömrük ittifaqını Nehrəmə gətirəyin Qüdrət deyirki onlara ana südü kimi halaldır Şübhə yaranır Deyəsən ölkədə narkotiki onlar yayır Qüdrət deputat yaxşı fikirləş

  • elimardan

    Bu qədər də ağ etmək olmaz!Ölkədə sadəcə özbaşınalıqdır!Heyf bu xalqa!

  • Moderatora

    Şərhlər niyə sayrda görünmür?

  • Sülüeman

    Bəs Azərbaycanın dövlət orqanlarlnda neçə faiz əslən Naxçıvandan olanlat olduğunu niyə açmırsınız?Son 50 ilfənaxçıvamdan dövlət strukrutlarına həddən artıq Naxçıvanlılılar hansı kriteriyalarınagörə dövlət vəzifələrinə yerləşdirilib?Niyə onlar nəzartsiz butraxılıb?İndi də vəzifələrdə gəmin adamların evladları ı(Baklda doğulublar yazmaqla) dövlət orqanlarında toplayırlar. Bu hansı növ idatəçilikdən xəbər verir? Guya Azərbaycanda başqa şəhər.rayon.onlarda insanlar,kadrlar yoxdur? Bu nə anlama gəlir?

  • Azərbaycanlı

    Ümumi statistika aparlsa aZıərbaycanda dövlət idarə sistümində də işə götürüənlərin sayında əsln Naxçıvanlıların üstünlük rəşkil etdiyini görərsiniz.Buraya 20-50 il əvvəl müxtəlif yollarla Bakıya gələn Naxçıvanlıları da nəzərəə almaq vacibdir.Çünki Baklda anadan olan 35-50 yaçlılıarın (dövlət orqanlarına yerləşdirilən)əksəriyyəto Naxçıvan ədillidirlər. SAnki AZərbaycanda başqa regionlarda insanlar yaşamır..Bu ölkə rəhbərıiyinin bağışlanılmaz yanlışıdır.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər