Ru
11:43 / 08 Yanvar 2022

Gömrük Komitəsindən yeni təyinatlarla bağlı açıqlama

1090
Gömrük orqanlarında kadr islahatı aparılıb.

Bu barədə Bakupost.az -a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif “mülahizələr” yer alıb.

"Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib.

Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır" - deyə məlumatda bildirilib.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər