Ru
15:14 / 18 İyul 2022

Gömrük Komitəsinə rəhbərlik edəcək şəxs kimdir? - DOSYE

25026
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şahin Soltan oğlu Bağırovu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edib.


Sərəncama əsasən Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası sədrin birinci müavini Şahin Bağırova həvalə edilib.


Bakupost.az Şahin Bağırovun tərcümeyi-halını təqdim edir.


Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olub.


1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.


1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb və Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.


Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib. 2004-cü ildə həmin akademiyanın aspiranturasını başa vuraraq iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.

2014-cü ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib. (O vaxt Dövlət Gömrük Komitəsinə general Aydın Əliyev rəhjbərlik edirdi-red.).

2014-cü il fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

6 iyul 2018-ci ildə Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.


Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • İntiqam

    Vətənə və Vətəndaşlara xeyirli olsun, Voronej universitetlərini bitirmiş çox saylı dostlarım tanışlarım var, çox savadlı, baçarıqlı insanlardı.

  • Вугар

    Harmzadenin biri getdi indi onu basga harazade evez edecek

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər