Ru
15:30 / 29 Oktyabr 2022

Gömrükdə yeni təyinat: bu xanım rəis oldu - YENİLƏNİB

21363

***

13:36


Dövlət Gömrük Komitəsində idarə statusunda yeni şöbə yaradılıb. 


Bakupost.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Gömrük Komitəsinin Məxfi sənədlərlə iş şöbəsi yaradılıb və Əsədova Rüfanə Salman qızı rəis təyin edilib.


***
15:30


Bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsində “Məxfi sənədlərlə iş şöbəsi” adlı yeni struktur bölmə yaradıldığına, Rüfanə Əsədovanın həmin şöbəyə rəis təyin olunduğuna dair məlumatlar yayılıb, bu, həqiqətə uyğun deyil.


Bunu Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.

"Həmin şöbə illər öncə yaradılıb və R.Əsədova da yarandığı gündən həmin şöbəyə rəhbərlik edir", - deyə o, qeyd edib.


Şərhlər
  • t.ədalət

    Ayıbdır.Bu qədər müharibə iştirakçısı və qazilərin olduğu halda,həm də onların daha çox haqqı çatdığı halda cavan bir qızı bu vəzifəyə təyin etmək Vətən üçün canlarını fəda edənlərə qarşı bir hörmətsizlikdir.Belə çıxır ki,bu ölkə də canlarını torpaqlarımızın müdafiəsinə həsr edənlərə yox kiminsə adamı olanlara etimad göstərilir.Deməli,gömrük komitəsinin əvəzedicisi də kürddür.

  • Fuad ehedov

    beli bu sobe 1995 ci il de de movcud idi .yeni yaradilmayib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər