Ru
22:00 / 26 May 2022

Göz içinə tatu etdi, göz yaşları mavi oldu

3779
Avstraliyada yerli bloger Enber Lyuk göz içində tatu döydürərək, anomal hal yaşayıb.

Bakupost.az xəbər verir ki, mavi mürəkkəblə göz rəngini dəyişən qız prosedurdan sonra mavi göz yaşları ilə ağlayıb.

Qızın sözlərinə görə, o, 5 il əvvəl tatu vasitəsilə göziçi rəngini dəyişmək qərarına gəlib:

“Bu döymə proseduru olduqca əzablı idi. Hər göz almasına 4 şpris inyeksiya olundu. Sonradan gözümdən mavi göz yaşları axanda anladıq ki, tatu ustası səhv edib. Mən az qala kor qalacaqdım. O həddən artıq çox rəng istifadə etmişdi. Sanki gözlərimə şüşə qırıntısı batırdı.

Görməm 3 həftə itdi. Mən mavi göz yaşı ilə ağlayırdım. Həkimlərin səyi ilə kor olmaqdan xilas oldum. Bu proseduru heç kimə tövsiyə etmirəm”.

Qız həmin hadisəni qabırğa üzərində mavi göz yaşlı qız tatusu ilə əbədiləşdirib .

Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Cammat

    İlahi tanrı görün Azərbaycanda nə qədər avara ,otxod adamlar var.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər