Ru
12:57 / 20 Sentyabr 2022

Gözəllik kraliçası podium əvəzinə cəbhələrdə - Putinə gülləm var - FOTO

1385
Ukraynanın keçmiş gözəllik kraliçası Yevgeniya Prokopenko Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə döyüşmək üçün cəbhəyə yollanıb.


Bakupost.az Ukrayna mediasına istinadla xəbər verir ki, rus dilində səlis danışa bildiyini bildirən 35 yaşlı model "Mən Putinin dilini bilmirəm. Onunla hansı dildə danışacağımı tapa bilmədim, çünki o, rus dilini başa düşmək istəmir” deyib.


Y.Prokopenko həmçinin Putini hədələyib: “Putinə deyiləsi heç bir sözüm yoxdur. Onun üçün gülləm var”.


Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 7 aya yaxındır ki, davam edir. Müharibə nəticəsində minlərlə insan həyatını itirib, milyonlarla insan öz yurd-yuvasından didərgin düşüb.



Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər