Ru
09:53 / 12 Yanvar 2023

"Gözyaşları, azca haray-həşir kifayətdir ki..." - Ekspert problemi ictimailəşdirən müəllimdən danışdı

4095
“İmişli məktəbinin başını buraxın daha. Direktorluq uğrunda savaşa hər kəsi alət etdilər.
Mən həmişə demişəm və indi deyirəm, içi özüm daxil başımıza xalq olaraq nə gəlirsə humanistliyimizdən gəlir. Gözyaşları, azca haray-həşir kifayətdir bizə ki, baş verənlərə soyuqqanlı deyil, əsəbi formada reaksiya verək”.


Bakupost.az xəbər verir ki, bu sözləri təhsil eksperti Elçin Əfəndi orta məktəbdə olan tualet problemini ictimailəşdirən müəllim Leyla Nəcəfquliyeva haqqında danışarkən deyib.

“Müəlliməyə haqq qazandırıram hələ də məhz ayaqyolu söhbətinə görə ki, bu mütləq olmalıdır.

Müəlliməyə aşağıdakılara görə haqq qazandırmıram:

1. Özü üzrsüz səbəbdən dərs buraxıb;
2. Şagirdləri təhsildən yayınmağa çağırış edib;
3. Keçmiş direktorun gəlinidir və faktiki direktorla yola getməyərək vəzifə davası aparılır.
4. Azyaşlını üstünü batırmış halda lövhə qarşısında saxlayaraq lentə alıb.
5. Digər şagirdlər də daxil həmin şagirdin üzünü bağalamayaraq görüntülərini yayıb və s.

Əgər şəxsi-qərəzlik zəminində deyil, məhz mövcud problemin həlli ilə bağlı aidiyyəti üzrə müraciət edərək məsələnin həllinə çalışsaydı bu məsələdə sonunadək dəstək olardım. Amma burda mənim üçün bu mövzu bitdi. Təəssüf”.



Elnur
BakuPost

Həmçinin oxuyun:

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər