Ru
13:20 / 30 İyun 2022

Günah sərnişindədir - Ekspert

4225
“Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən insident sərnişinin səhvi ucbatından olub. İndiki qaydaya görə sürücüyə heç bir formada dayanacaqdan kənar saxlamağa icazə verilmədiyi halda sərnişin bunu qeyri-etik formada tələb edib”.


Bu sözləri nəqliyyat eksperti Fərhad Eyyubov Bakupost.az -a açıqlamasında deyib.


O, avtobuslara sürücü seçimində diqqətli olmağı tövsiyə edir:




“İctimai nəqliyyatda idarətmə prosesində müəyyən çətinliklər var. Lakin üstün cəhət ondan ibarətdir ki, əksər avtobuslarda kameralar quraşdırılıb və nəzarət etmək olur. Ümumiyyətlə, sürücülər içərisində ən ağır və çətin işi yerinə yetirən avtobus sürücüləridir. Onlar gün ərzində 6 və 8 min əməliyyat yerinə yetirirlər. Ona görə də avtobus sürücüləri xüsusi formada seçilməlidir. Çünki hərəkətin təhlükəsizliyinin əsas mərkəzi siması sürücüdür. İndiyə kimi baş verən yol-nəqliyyat hadisələrinin 70-80%-nin qarşısını sürücü ala bilər. Həmçinin avtobus sürücüləri ünsiyyət formasında da sərnişinlərə xidmət göstərirlər. Bu mənada sərnişinlər də öz təhlükəsizliyini təmin etmək üçün sürücülərə köməklik göstərməlidir. Xüsusilə də əsəb, qəzəb yaradacaq ifadələrdən uzaq olmalıdırlar. Çünki hər hirsli hadisə daha böyük faciələrə səbəb ola bilər".


F. Eyyubov bildirib ki, sərnişinin qeyri-etik davranışları və əsassız tələbləri yolverilməzdir:


“Sərnişinlər bu gün kart sistemi ilə ön qapıdan avtobusa minib, arxa qapıdan düşməlidirlər. Buna əməl olunmadıqda isə sürücü sərnişinə müəyyən xəbərdarlıqlar edir. Sumqayıtda başı verən sürücü-sərnişin mübahisəsində bildiyim qədərilə, sərnişin dayanacağa çatmamış avtobusu saxlatmaq istəyib. Lakin indiki qaydaya görə sürücüyə heç bir formada dayanacaqdan kənar saxlamağa icazə verilmir. Sərnişin isə aqressiv formada sürücüyə hətta çantası ilə zərbələr endirməyə çalışıb. Sürücü heç vaxt istəməz ki, sərnişinlə elə rəftar etsin. Amma bu zaman sürücü özünü qorumalıdır. Sərnişin qadının yıxılması isə öz qeyri-etik hərəkətinə görə baş verib, burada sürücünün təqsiri olmayıb. Doğrudur, sürücü bir qədər təmkinli olsaydı daha yaxşı olardı”.




Ekspert aqressiv sürücülərin olmasını da istisna etməyib:


“Aqressiv sürücülər də az deyil. Bəzi vaxtlar sərnişinlərə qarşı qeyri-etik hərəkət, təhqir edənlər də olur. Amma bu hadisə zamanı təqsir sərnişindədir. Sürücü təkdir və bir gündə 1000-dən çox sərnişin daşıyır. Ona görə hər sərnişinin bu cür davranışını qəbul edə bilmir. Bu hadisə də tam araşdırılmalı və kimin daha çox təqsirli olub-olmaması müəyyən olunmalıdır. Görünən hadisələrə görə burada əsas təqsirkar sərnişindədir. Sürücü bütün sərnişinlərin həyatı üçün məsuliyyət daşıyır. Bir sərnişinin bu cür hərəkətinə bütün sərnişinlərin təhlükəsizliyini də qurban vermək olmaz. Belə qeyri-etik hərəkət edən sərnişinlər sürücülər üçün təhlükəsizlik baxımından böyük çətinliklər yaradır”.


Fəridə
Baku Post


Həmçinin oxuyun:




Şərhlər
  • Vətəndaş

    Sürücü qadının sürücüyə qarş dəfələrlə təhqirinə dözə bilmədiyindən belə hərəkətə yo verib.Yaxşı,sərnişi qadındır düyə sürücü bütün həqarətlərə dözməlidir.Axı hər kəsin əsəbi,sinir dözümlülüyü nəzərə alınmalıdır.Bu zaman hadisədə iştirak edən sərnişinlərdən niyə rəy alınmayaraq sürücü yə qarşı haqsız ölçülər götürülür?Axı həmin marşrutda həmin vaxt olansərnişinlərdən bir neçəsini tapmaq olardı və təfərrüatı aydınlaşdırmaq mümkün idi.Görünən odur ki,sürücüyə qarşı haqsızlıq edilib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər