Ru
12:36 / 10 Noyabr 2022

“Gündə bir nazir müavinini çıxarıb o birisini qoyurlar” - Sabir Rüstəmxanlı

5393
“Gələn ilin dövlət büdcəsindən mədəniyyət sahəsinə 650 milyon manat vəsait ayrılır. Bu da büdcənin 1/60 hissəsidir, olduqca azdır”.


Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında gələn ilin dövlət büdcəsinə dair keçirilən müzakirələrdə deputat Sabir Rüstəmxanlı bildirib.


“İki dövlət arasında savaş təkcə cəbhədə getmir. İki ölkə arasında savaş mədəniyyət, iqtisadiyyat və digər sahələrdə gedir. Mədəniyyət bu cəhbələrdən biridir. Ona hökmən ciddi yanaşmaq lazımdır”, - deyə deputat qeyd edib.


O vurğulayıb ki, Prezident 4 il əvvəl büdcənin nəticəyə hesablanması təklifini irəli sürüb: “Təəssüflər olsun ki, büdcə layihəsində o nəticələr yoxdur. Mədəniyyət Nazirliyinə verilən maliyyənin nəticəsi tələb olunmadığına görə, gündə bir nazir müavinini çıxarıb o birisini qoyurlar. Əgər vəsaitin necə xərclənməsi qeyd olunubsa, Mədəniyyət Nazirliyində necə oğurluq ola bilər?”


Deputat kənd təsərrüfatı sahəsində problemlərdən bəhs edib: “Subsidiya ildən-ilə artırılır. Amma bunların nəticəsi ortada yoxdur. Digər tərəfdən, rayonların idarələri birləşdirilir. Üç-dörd rayonun idarələri birləşdirilir. Dövlət bundan nə qazanır? Gedirsən dağlıq bir rayonda təkcə icra başçısı oturur, amma qurumlar? İdarələr hərəsi bir diyarda. Onda bu rayonları da ləğv edək”.


S. Rüstəmxanlı doğulan uşaqlara görə büdcədən vəsait verilməsini təklif edib: “Rusiyada doğulan hər uşağa görə nə qədər vəsait verilir. Biz niyə vermirik. Bəyəm bizim gücümüz yoxdur. Özləri deyir ailə planlaması edin, çoxuşaqlılığın qarşısı alınır. Doğulan 1-2 uşağa da dövlət dəstək göstərmir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər