Ru
20:48 / 23 Sentyabr 2022

Güneyli fəal həbs edildi - FOTO

1228
Güney Azərbaycan Hərəkatının fəalı Möhsün Möhsünzadə sentyabrın 21-də Ərdəbil şəhərinin Ciral parkında İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulub.



Bakupost.az bildirir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.



Fəal həbs olunarkən vəhşicəsinə döyülüb və onun hara aparılması barədə dəqiq məlumat yoxdur.



Xatırladaq ki, sentyabrın 21-i axşam saatlarında Zəncan şəhərində keçirilən aksiyalar zamanı Mehdi Musəvi və Mehrdad Qurbani adlı azərbaycanlı gənclər güllələnərək öldürülüblər.



İranda Məhsa Əmininin ölümündən sonra baş verən iğtişaşlarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb, onlarla insan saxlanılıb.




Güneyli fəal həbs edildi - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər