Gürcüstanda parlament seçkilərinə bir həftə qalmış müxalifət tərəfdarları ölkənin Avropa Birliyinə inteqrasiyasına dəstək məqsədilə paytaxt Tiflisdə yürüş keçirirlər.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, əllərində Gürcüstan və Avropa Birliyinin bayraqları olan mindən çox paytaxt sakini “Gürcüstan Avropa Birliyini seçir” adlı yürüş keçirir.
“Seçkiyə gəlin” plakatları ilə keçirilən aksiya iştirakçıları paytaxtın mərkəzinə, Azadlıq meydanına getməyi planlaşdırır.