Ru
22:00 / 20 Sentyabr 2022

Gürcüstanda banka hücum edən şəxs saxlanıldı: Girovlar sərbəst buraxıldı - YENİLƏNİB/VİDEO

2399

Kutaisidə “Bank of Georgia”nın filialına hücum edən silahlı şəxs saxlanılıb, girov götürülən 12 nəfər azad edilib.


Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub. 


Qeyd edək ki, cinayətkar 2 milyon dollarla yanaşı, helikopter, tilov və Rusiya bayrağı tələb etmişdi. 



***


13:45


Gürcüstanın Kutaisi şəhərində silahlı şəxs banka hücum edib.


Bakupost.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.


Bildirilir ki, “Gürcüstan Bankı”nda 12 nəfər girov götürülüb.

“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.


Qeyd edək ki, soyğuncu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.

İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.


Gürcüstanda banka hücum edən şəxs saxlanıldı: Girovlar sərbəst buraxıldı - YENİLƏNİB/VİDEO
Gürcüstanda banka hücum edən şəxs saxlanıldı: Girovlar sərbəst buraxıldı - YENİLƏNİB/VİDEO
Gürcüstanda banka hücum edən şəxs saxlanıldı: Girovlar sərbəst buraxıldı - YENİLƏNİB/VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər