Ru
12:35 / 01 Oktyabr 2022

Necə başlayıb, necə bitdi... - Hadisə-Mehmet ayrılığında borc iddiası

3409
Xəbər verdiyimiz kimi, ötən gün Hadisə və Mehmet cütlüyü rəsmi olaraq boşanıblar.


Bakupost.az bildirir ki, Hadisə ilə Mehmet Dinçerlərin sevgili olduğu ötən ilin iyulunda məlum olub.





Onlar bu ilin aprelində də ailə qurublar. Yəni onların münasibəti bir il çəkməyib.

Hadisə Açıkgöz və iş adamı sevgilisi Mehmet Dinçerler ötən ilin yanvarında nikah masasına oturmağa hazırlaşdıqlarını açıqlamışdılar. Martın 15-də ailə arasında nişanlanan cütlük evliliyə ilk addımını atmışdı.


Çırağan sarayında bir-birlərinə “hə” deyən keçmiş cütlük nə nişandan, nə də toydan heç bir foto paylaşmadılar. Bunu qonaqlarından xüsusi olaraq xahiş etmişdilər.



Uşaq iddiası


Nikah üzüklərini çıxaran, hətta bir-birinin ad gününü belə qeyd etməyən cütlüyün uşağa görə ayrıldığı deyilir. Mehmetin uşaq istəməsi, Hadisənin isə karyerasına görə bunu rədd etdiyi iddia edilir.




Boşanma qərarı


Apreldə evlənən məşhur cütlük 5 aylıq evlilikdən sonra boşanmaq qərarına gəlib. İlk olaraq müraciət edən Hadisə olub. O, boşanmaq üçün ərizə verib.



Psıxoloji basqı iddiası



Ərizədə "Qarşı tərəfin davranışları zaman keçdikcə psixoloji basqıya çevrildi. Bu basqılar yalnız şəxsi həyata deyil, sənətə də təsir edəcək səviyyəyə çatdı. Buna görə də tərəflər arasında anlaşılmazlıqlar yaranıb, ayrı yaşamağa başlayıblar. Nikahları faktiki olaraq sona çatıb. Bundan sonra tərəflərin bir yerdə yaşaması mümkün deyil", - deyə bildirilib.





Məhkəməyə gəlmədilər


Beykoz 2-ci Ailə Məhkəməsində keçirilən ilk iclasa Hadisə və Mehmet Dinçerlerin heç biri qatılmayıb. Qərarını açıqlayan məhkəmə, Hadisə ilə Mehmet Dinçerlərin boşandığını elan edib.

Hadisənin vəkili Hakan Öncel cütlüyün zinət əşyalarına görə anlaşa bilmədiyini təsdiqləyərək, "Mətbuata yayıldığına görə proses uzandı, boşanma iki həftə sonra oldu. Amma daha tez də ola bilərdi" dedi.




Külli miqdarda borc veribmiş...

İddialara görə, Hadisə evlilikləri zamanı Mehmetə külli miqdarda borc pul verib.
Bu səbəbdən də toyda taxılan dəyərli zinyət əşyalarını borc qarşılığında geri qaytarmayıb.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər