Ru
10:40 / 09 Noyabr 2022

Prokurorluqdan Rəşad Dağlı ilə bağlı RƏSMİ MƏLUMAT - Yenilənib

7800
Xəbər verdiyimiz kimi, Rəşad Dağlı qonşusunu bıçaqlayaraq qətl hadisəsi törədib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Bakupost.az -a məsələ ilə bağlı açıqlama verib.

“Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törədəndən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etiraf edib. Hazırda qeydə alınan cinayət işi üzrə araşdırmalar davam etdirilir”, - Elşad Hacıyev bildirib.

***
10:40


Noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan Bakupost.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər