Ru
12:12 / 22 İyun 2022

Hansı naziri TV-də tez-tez görürsünüz? - Deputat maaş artımı barədə

3701
“Dövlətin maliyyə imkanı olduğu üçün maaşlar da qaldırılıb”.


Bunu Bakupost.az-a millət vəkili Rüfət Quliyev deputatların maaşlarının qaldırılması ilə bağlı danışarkən deyib.


O bildirib ki, qonşu ölkələrlə müqayisə edilən zaman Azərbaycanda maaşların orta səviyyədə qaldığı görünür:


“Əgər qonşu ölkələrin deputatlarının maaşları ilə bizimki müqayisə olunsa, haradasa orta yerlərdəyik. Lakin buna baxmayaraq, heç vaxt narazı olmamışıq. Həmişə dövlətə, hökumətə təşəkkürümüzü bildiririk. Narazılıq niyə olmalıdır ki? Biz də ictimai nəzarətik və birinci ictimai qınağı biz edirik. Məmurları ümumiləşdirərək tənqid etmək lazım deyil. Bizi ona görə çox tənqid edirlər ki, əlçatanıq. Yəni həmişə cəmiyyətlə, xalqla bir yerdəyik. Hansı naziri, yaxud nazir müavinini, komitə sədrini tez-tez televiziya kanallarında görürsünüz? Amma biz hər gün müxtəlif saytlara həm açıqlama veririk, həm də problemlərin həlli ilə bağlı efirdə çıxış edirik. Ona görə də deputatların maaşlarının qaldırılması normaldır. Bunun bir tərəfi islahatlarla bağlıdır. Demək olar ki, bütün sahələrdə maaşlar, müavinətlər qalxır və qaldırılacaq. Təbii ki, deputatların maaşları da istisna edilmir. Düşünürəm ki, bu düzgün addım idi”.


Fəridə
Baku Post
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Mirzəli

    Bəs dövlətin maliyyə imknlarının artımı niyə sadə kasıb,işsi qalmış çətinliklə yaşayan xalqa ,pensiyçılara yox,onsuz da xalqdan ayrı salınmış. biznesmen.sahibkar,oliqarx deputatlara sərf edilir.Bunun cavabı maraqlıdır.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər