Ru
07:08 / 06 Sentyabr 2022

Harada bir gəlin qonşu kişi ilə yatıbsa... - Qəhrəman kimi göstərilir bizə

17667
Nicat Qafuroğlu

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə


Bir xalqın mədəniyyətini, özünəməxsusluğunu, adətlərini ədəbiyyat, kinolar, TV-lər, musiqilər yaşadır, davam etdirir, təbliğ edir, daha doğrusu etməlidir!


- KİNO - bu sahədə son illərin istehsalı "Bozbaş" tipli komediya filmləri oldu - nəticə göz qarşısındadır - Tik-Tok-da şit gənclərdən ibarət böyük bir ordu formalaşıb!
Yeni meydana gələn ortabab gənc rejissorlarımızın ortabab filmlərinin ssenarisi də ənənəvi məişətimizə, tərbiyəmizə uyğun deyil. Zorlanan əmiqızı, oğraş qardaş və s. Belə bir tendensiya yaranıb ki, guya müasir dünya tamaşaçısnın qarşısına çıxmaq üçün mütləq belə mövzulara müraciət olunmalıdır. Halbuki, qonşu Gürcüstanın müasir rejissorlarının uğurlu filmlərini izləsələr görərlər ki, onlar bütün işlərində nəinki gürcü koloritini qoruyur, bundan yaxşı mənada istifadə edərək diqqət çəkir, sevgi qazanmağı bacarır. Xəyanət, fahişəlik... filan kimi mövzular çoxdan çeynənilib...

Artıq 2 il keçib - heç o boyda Zəfərimiz haqqında film yoxdur(

- Seriallar barədə danışmağa dəyməz: ölkəmizə gələn turist təsadüfən bizim seriallardan hər hansı birini izləsə elə bilər ki, bizim ailələrdə bütün analar ifritədir, pis qaynana obrazındadır, diktatorluq edir, hamı biri-biri ilə qışqıra-qışqıra danışır... Bütün ailə başçıları xəyanət edir və s.



- TV-lərdən təbliğ edilən "nümunəvi" ailə hekayələri isə daha təhlükəldir! Harada ən pis bir nümunə varsa, harada bir gəlin qonşu kişi ilə yatıbsa .... onlar təcili tapılıb qəhrəman kimi göstərilir bizə... Bir şeyi təkrar-təkrar göstərəndə o şey adiləşir təbii... necə ki, adiləşib... necə ki, hər gün xəbər saytlarının lentində azı iki qətl xəbəri görürük.... ər arvadı baltaladı - ya da əksinə...


- Ədəbiyyat - burda da vəziyyət ürəkaçan deyil! İstedadlı yazarlarımızın demək olar ki, hamısı səfalət içərisindədir. Başları gündəlik dolanışığa qarışıb... Biləcəridən o tərəfə keçə bilən yazıçızımız isə dilimizdə danışmağı bacarmır, ondan hansı milli təbliğat gözləyə bilərik ki...



- Musiqi sahəsində istedadlı gənclərimiz çoxdur. Həm milli musiqimizi, muğamımızı yaşadan xanəndə və ifaçılarımız var, həm dünya arenasında boy göstərən gənc virtuoz musiqiçilərimiz var! Buna şükür!

Əslində, bu sadalanan incəsənət sahələrinin hər birində çooox istedadlı gənclərimiz var! Problem təşkilatçılıqdadı - problem NİYYƏTdədir!



Mədəniyyət Nazirliyi orda burda festivalllar keçirməkdənsə, həqiqi MİLLİ NİYYƏTlə proqramlar hazırlamalıdır. Bizdə mədəniyyət siyasəti daha çox ölkəmizin xaricdə təbliğ üzərində qurulub.


Xatırlayırsızsa, əvvəl bu nazirliyin adı da "Mədəniyyət və turizm" idi elə... Parisdə Azərbaycan mədəniyyət günləri keçirmək əladır, amma ondan əvvəl mədəniyyətimizi öz toplumumuza təbliğ etməliyik!



Son 10-15 ildə elə vəziyyət yarandı ki, "millilik", "mentalitet" sözləri lağ obyektinə çevrildi. Bu mövzuda danışmaq geridəqalmışlıq hesab olunur. Nəticədə ortada ƏXLAQSIZlıq müasirlik kimi sırındı bu binəva təhsilsiz gəncliyə...


Qloballaşan dünyada milli adətlər, mənəvi dəyərlər hər bir millətin mənəvi, mədəni simasını əks etdirir. Bizim bu simamız korlanıb yox e, yoxa çıxıb!


İndi bu yazıma da gerdiqalmış, pafosludur deyə düşünənlər olacaq! Amma reallıq budur və təkrar edirəm: bizim mədəni-mənəvi simamız YOXA ÇIXIB!



Biz əsrlər boyu zəngin milli mədəniyyətimizlə dünyaya əvəzolunmaz əsərlər, dahilər bəxş edən həmin xalqıq! indiki biz isə heç bizə oxşamır!


Nazirliyinizin adında MƏDƏNİYYƏT sözü var, ona görə dərdimi sizə danışdım, bəlkə düşünəsiz...


(Yazı Nicat Qafuroğlunun feysbuk səhifəsindən götürülüb)
Şərhlər
  • Həmid Həmidov

    P.S. Və bu yazıya görə Nicat müəllimə təşəkkür edirəm!

  • Həmid Həmidov

    Çox yerində deyilmiş, mənim də demək istədiyim fikirlərdir. Ziyalılarımız bu səpkili yazılara tez-tez müraciət etsələr yaxşı olar.

  • t.ədalət

    Nicat müəllimin yazısı göstərir ki,aramızda istedadı olan yazarlar var.Təəssüf ki AYB-də hələ də milli ruhda heç nə yaradılmır.Vaxtı ilə əsərlərində istedadlı gənclərimizi Moskvaya daşıyan yazıçı Anar ("gün keçdi" filmi) müstəqilliyimizdən sonra da elə Moskvada qaldı.Hətta "oteldə ölüm" əsəri ilə bizə Qarabağda kömək olan qardaş Türkiyəni tənqid etməkdən də çəkinmədi.AYB,hazırda savadsız,milli ruhdan uzaq və hələ də Rusiyanın müstəmləkəsində qalmaq üçün alışıb-yanan yazarlarla doludur.Mədəniyyət nazirliyi isə büdcədən ayrılan pulları mənimsəmək üçün fırıldaqlar arayan bir quruma çevrilib.Biz kinomuzu dünənki rejissor və senaristlərlə uzağa apara bilmərik.Mövzuları cılız,kadrları məzmunsuz olan video-lentlər isə qonarar qapazlamaq üçün yaradılır.Səriştəsiz rəhbərlərin ətrafına topladığı kadrlar da səriştəsiz olur.Verilən fəxri adlar siyasi baxışlara görə olur.Sovet kinosunun yarıtmaz rejissoru Ramiz Fətəliyev hələ də Azərbaycan dilində danışa bilmir.Yaradıcılıq sahəsində fikirlər cılız,mövzular əhəmiyyətsiz olaraq qalır.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər