Ru
17:14 / 04 May 2022

Hava xəbərdarlığı: güclü külək əsəcək

2361

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin qeyri-sabit keçməsi haqqında məlumat yayıb.



Xidmətdən Bakupost.az -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında mayın 6-dan 8-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 06-da yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.


Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Qərb küləyi 15-20 m/s, 6-7-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər