Ru
12:19 / 21 İyun 2022

Həbs xəbəri yayılan general İqbal Babayev danışdı: “Geriyə yol yoxdur...”

34351
Dövlət Təhlükəsizliyi Xidmətinin dünən keçirdiyi əməliyyat zamanı saxlanıldığı bildirilən Dövlət Gömrük Komitəsinin sədr müavini general İqbal Babayev yayılan şayiələrə münasibət bildirib.


Bakupost.az -a danışan general buna görə təəssüfləndiyini deyib: “Yaxşı olar ki, belə informasiyaları yayarkən diqqətli olsunlar. Bu cür yalan xəbər yaymaqla özlərini hörmətdən salmasınlar. Media nümayəndələrinə təşəkkür edirəm ki, bu məsələlərə həssaslıqla yanaşdılar və yayılan şayiəni tirajlamadılar”.


İ.Babayev hazırda işinin başında olduğunu qeyd edib:


“Mən həmişə dövlətə və dövlətçiliyə, Prezidentimizə xidmət etmişəm. Heç vaxt adımın hansısa neqativ məsələlərdə hallanmağına imkan verməmişəm və verməyəcəyəm. Hazırda işimin başındayam. İnnovasiya layihələrinin tətbiqi və idarə olunması, bu sahədə elmi yanaşmalardan istifadə edilməsi mənim peşəmdir və hazırda bu sahədə dövlətim, vətənim üçün çalışıram, nəticələri ilə də fəxr edirəm. Mən başa düşürəm ki, innovativ layihələr həmişə narahatlıq yaradır, amma geriyə yol yoxdur.


Sonda bir məqamı qeyd etmək istərdim: istənilən sahədə peşəkarlıq insanı ucaldır, gücləndirir və özünü daha da güvənli hiss etdirir. İstər bu sahə olsun, istər jurnalistika, elm, yaxud mühəndislik, fərqi yoxdur. Bütün sahələrin mütəxəssislərinə tövsiyəm odur ki, peşəkarlıqları istiqamətində öz üzərlərində işləsinlər”.


Elçin
Baku Post


Həmçinin oxuyun:



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
  • Şərif Rufullayev

    Mən bildiyim Azərbaycanda bir neçə informasiya texnologiyaları mütəxəssisi var bunlardan ən öndə gələn biridi İqbal müəllim. Çox səmimi mehriban dürüst və sözün əsil mənasında insan adamdı. Bir çoxlarınin it sahəsində işləməyini və onların xaricdə təhsil almaları üçün hər bir köməkliyi göstərib. Daima həm vətənimizdə həmdə xaricdə Azərbaycani layiqincə təmsil edib.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər