Ru
09:24 / 20 Sentyabr 2022

Həbsdə olan Əvəz Zeynallının səhhətində problemlər yarandı

3478
Həbs edilən “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının səhhətində problemlər yaranıb.


Bakupost.az bildirir ki, bu barədə onun ailə üzvləri məlumat veriblər.


Bildirilir ki, DTX təcridxanasında saxlanılan Ə. Zeynallının görməsi kəskin şəkildə zəifləyib və güclü onurğa ağrıları əmələ gəlib.


Qeyd edək ki, jurnalist həbs olunmamışdan qabaq, son günlərdə səhhəti ilə bağlı müalicə alırdı və cərrahiyyə əməliyyatına hazırlaşırdı.


Hazırda ailə üzvləri onun sağlamlığından çox narahatdırlar:


“Təcili şəkildə ixtisaslı həkim müayinəsi və müalicəsi təşkil olunmalıdır. Azadlığa, ya ev dustaqlığına buraxılması zəruridir”.


Zaur
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər