Ru
10:48 / 28 Noyabr 2022

Həbslər nazirlərdən yan keçməməlidir - Pənah Hüseyn DTX-nin əməliyyatı haqda

8327
“Naxçıvandakı vəziyyət xeyli dərəcədə dəyişikliklər və islahatların aparılmasını tələb edirdi. Azərbaycan ictimaiyyətinin, o cümlədən Naxçıvan əhalisinin müxtəlif nümayəndələri tərəfindən bu kimi fikirlər zaman-zaman səsləndirilirdi. Son dövrlər meydana çıxan faktlar da müəyyən narahatlıqların doğru olduğunu əks etdirir. Bu baxımdan hesab edirəm ki, korrupsiya və belə faktlara qarşı real mübarizə aparılmalıdır. Bu real mübarizə də şübhəsiz ki, ən yüksək, o cümlədən nazir vəzifələrini tutan şəxslərdən də yan keçməməlidir”.


Bu fikirləri Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn Naxçıvanın maliyyə nazirinin DTX tərəfindən həbs olunması barədə danışarkən deyib.


Partiya sədri bildirib ki, indiyə qədər Azərbaycanda korrupsiya ilə əlaqədar məmurlara qarşı əməliyyatlar aparılsa da, nazirlər bundan kənarda qalıb:


“Hazırda Naxçıvandakı əməliyyatla bağlı istintaq davam etdirilir. Amma Naxçıvanda baş verən hadisələrin fərqli bir müstəvidə cərəyan etməsi də diqqətə alınmalıdır. Burada həm Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələlər, həm də Naxçıvan geostateji əhəmiyyətə malik bölgə olması amili var. Digər tərəfdən, Azərbaycan Konstitusiyasının bir sıra müddəalarına, o cümlədən Azərbaycanın unitar dövlət olmasına baxmayaraq, Naxçıvanla əlaqədar müəyyən ziddiyyətlərin olması barədə söhbətlər gedirdi. Bu da idarəçilikdəki problemlərin, eləcə də hazırda meydana çıxan bu cür müəyyən qanun pozuntularının səbəblərindən biri idi.


Bu baxımdan bu prosesləri diqqətlə izləyirik. Bir vətəndaş, siyasi partiya sədri olaraq, aparılan əməliyyatları doğru hesab edirəm”.


Elnur
BakuPost


Həmçinin oxuyun:









Şərhlər
  • Şahin

    Baş verən hadisələrə dövlət lazımi qiyməti verəcək.Prezident hələ xeyli əvvəl də demişdi ki, hec bir kəs özünü toxunulmaz hesab ertməsin. Mən başa düşə bilmirəm . Bu Pənah kimdir ki, az qala bir ekspert kimi danışır.Harda aş , orda baş.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər