Ru
14:17 / 06 Dekabr 2022

"Hədəf İranın təhdidlərinə son qoymaqdır” - Hərbi ekspert

3635
“Təlimlər birmənalı olaraq Azərbaycan və Türkiyənin İran mollalarına cavab reaksiyası idi”.

Bunu Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, təlimlərdə əsas məqsəd Şuşa bəyannaməsinin ərazidə kordinasiyalı şəkildə həyata keçirilməsinə dair fəaliyyətlərimizə qarşı olan qüvvələrə güc nümayiş etdirməkdən ibarət olub:

“Digər tərəfdən, iki qardaş ölkənin silahlı qüvvələri müxtəlif ərazilərdə istənilən vəzifəni kordinasiyalı şəkildə yerinə yetirə biləcəklərini Ermənistana və onun müttəfiqlərinə nümayiş etdirdilər. Təlimlərin Astara, Cəbrayıl və İmişli rayonlarında keçirilməsi də təsadüfi deyil. İrana yaxın olan bu ərazilərin seçilməsi ondan xəbər verir ki, Azərbaycan qonşu ölkənin təhdidlərindən narahat deyil. Azərbaycan-Türkiyə birliyi istənilən İran təhdidinin qarşısını almağa qadirdir”.


Ə. Verdiyev Türkiyənin də bu təlimlərə xüsusi əhəmiyyət verdiyini qeyd edib:

“Hulusi Akarın Bakıya gəlməsi Türkiyənin bu təlimlərə verdiyi böyük əhəmiyyətin göstəricisidir. Yəqin ki, onlar təlimlərin final hissəsini birlikdə izləyəcəklər. Təlimlərin yekununa həsr olunmuş brifinqdə ola bilsin, birgə bəyanatlar səsləndiriləcək”.



Türkiyənin F16 qırıcılarının gələcəkdə təlimlərdə və digər tədbirlərdə iştirak etməsinin mümkün olduğunu qeyd edən ekspert deyib:


“F16 qırıcılarının Azərbaycanda olması ondan xəbər verir ki, artıq hər iki ölkənin ordusu bir-birinə inteqrasiya olunub və iki qardaş xalqın mənafeləri və təhülkəsizliyini təmin etmək üçün daim döyüşə hazır vəziyyətdədirlər. Təlimə verilən “Qardaş yumruğu” adı də kifayət qədər uğurlu seçilib. Hədəf İranın Azərbaycana qarşı həyata keçirilən fəaliyyətlərinə son qoymaqdır”.



Günel
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər