Ru
11:42 / 09 Avqust 2022

Həm daxildən, həm də xaricdən təhdidlər var - Millət vəkili

3913
Dini radikal qruplar dünyanın müxtəlif yerlərində təxribatlar törətməkdən çəkinmirlər. Onlar məqsədlərinə çatana kimi dövlət qurumlarına, diplomatik nümayəndəliklərə hücum edir, eyni zamanda insanların kütləvi toplaşdığı yerlərdə çirkin təxribatlara əl atırlar. Bir neçə gün bundan öncə Londondakı səfirliyimizə dini radikalların hücumu oldu. Bu deməyə əsas verir ki, artıq ölkələr öz təhlükəsizliyini daha da gücləndirməli, belə hücumları öncədən aşkara çıxarmalıdır.


Məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a açıqlama verib.


O bildirib ki, Azərbaycanın nüfuzunun artmasını bir çox dövlətlər həzm edə bilmir:


“Azərbaycanın bölgədə yaratdığı reallıq heç də bütün dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən həzm edilmir. Ona görə də Azərbaycanın nüfuzunun artması, müstəqil siyasət həyata keçirməsi ayrı-ayrı dövlətləri, qrupları ölkəmizin əleyhinə müəyyən addımlar atmağa sövq edir. Onlar çalışırlar ki, bu addımlarla Azərbaycanın həyata keçirdiyi siyasətə təsir etsinlər. Əlbəttə ki, bu mümkün deyil".


Bununla belə millət vəkili hesab edir ki, təhlükəsizlik tədbirlərinə daim ciddi yanaşmalıyıq:


"Təhdid, təhlükə nöqtələrini müəyyənləşdirərək, qabaqlayıcı tədbirlər görməliyik. Bu təhdidlər həm xaricdə, həm də ölkə daxilində mövcuddur. Bunlar zaman-zaman müxtəlif təxribatlar törətməyə çalışırlar. Bu istiqamətdə DTX-nın və hüquq-mühafizə orqanlarının çox güclü fəaliyyətini görürük. Bu da reallıqdır ki, ölkəmizin uğurları artdıqca həmin qüvvələr də ölkəmizə qarşı təxribat və təhdidlərini artırmağa çalışacaqlar. Xaricdə Azərbaycan əleyhinə ayrı-ayrı qrupların fəaliyyətinin aktivləşməsi, dini duruma təsir etmək cəhdləri baş tutmayacaq”.





Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər