Silahlarını yerə qoyan və israilli girovları azad edən fələstinlilərə həyat və azadlıq verəcəyik.
Bakupost.az xəbər verir ki. bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu video-müraciətində deyib.
“Bu gün Yəhya Sinvarın məhv edildiyini sizə bildirmək üçün qarşınızdaayam. Onun zərərsizləşdirilməsi HƏMAS-ın qəddar hakimiyyətinin süqutuna doğru mühüm addımdır. HƏMAS daha Qəzzanı idarə etməyəcək. Bu, yeni dövrün başlanğıcıdır – HƏMAS-sız həyat və siz Qəzza sakinləri üçün bu, nəhayət ki, onun zülmündən qurtulmaq şansıdır”, - deyə o bildirib.
O, həmçinin HƏMAS radikallarını israilli girovları azad etməyə çağıraraq, təşkilat rəhbərlərinin artıq qaçdığını və onların məhv ediləcəyini vurğulayıb:
“Silahlarını yerə qoyanlara və girovları qaytaranlara getmək və yaşamaq imkanı verəcəyik”.
Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyü təsdiqlənib.