Ru
21:54 / 01 Fevral 2023

Hər kəsi heyran edən canlı qayalar - Böyüyərək çoxalır - FOTOLAR

8939
Rumıniyanın paytaxtı Buxarestdən 80 kilometr qərbdə, Kosteşti kəndində maraqlı qayalar - Trovant qayaları yerləşir.

Bakupost.az xəbər verir ki, bu qayaları maraqlı və fərqli edən səbəb onun bitkilər və məməlilər kimi çoxalmasıdır.



Baloncuklara bənzəyən Trovant qayalarının ölçüləri də fərqli ola bilir.



Bəzi qayalar insan ovucuna sığarkən, bəziləri 1 metri keçir.

Rumıniya Geologiya İnstitutunun tədqiqatçısı Dr. Mircea Ticleanu bildirib ki, Trovantların yaşları bir-birindən çox fərqlidir və birdən-birə əmələ gəlmir:

“Onlar təbii yolla və ya müxtəlif geoloji yaşlarda olan qumlardan qum karxanaları vasitəsilə səthə çıxırlar”.



Daşlar yağış suyunun təsiri altında yavaş-yavaş böyüyür. Qayaların mərkəzində sərt nüvə, kənarda isə qum qabığı var.



Daşların canlı olması elmi cəhətdən sübut olunmayıb, lakin onların çoxalması və zamanla böyüməsi kənar adamlarda qayaların canlı olduğu təəssüratı yaradır.

Ləman Hüseynzadə
Bakupost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər