Ru
10:53 / 28 Noyabr 2022

Hərbçimiz Kəlbəcərdə vəfat etdi - Yenilənib-FOTO

7983

Azərbaycan Ordusunun hərbçisi vəfat edib.



Bakupost.az xəbər verir ki, bu barədə "Bakı-Xəbər"qəzetinin əməkdaşı, jurnalist Vidadi Ordahallı məlumat paylaşıb.


O, bildirib ki, qohumu Nurəddin Mirzəzadənin ölüm səbəbi bəlli deyil:


“Acımız çox böyükdür. Bacımın son beşiyi Nurəddin Mirzəzadə Kəlbəcərin Zar kəndində hərbi xidmətdə müəmmalı şəraitdə vəfat edib”.

Allah rəhmət eləsin!


Elnur
BakuPost


09:37



***
10:53


Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş verən bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyi hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.

Allah rəhmət eləsin!

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər