Ru
11:57 / 23 Sentyabr 2022

Həssas, tez incinən... - Ən emosional bürclər hansılardır?

2611

Emosional insanların ürəyi çox asanlıqla qırılır. Bu şəxslər ətrafdakı insanların hərəkətləri və sözlərindən dərhal təsirlənirlər. Onları istənilən cümlə ilə incitmək olar. Başlarına gələn mənfi hadisələrin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Dərhal bir küncdə sakitcə ağlayarlar.


Astrologiyada həddindən artıq emosionallığı ilə diqqət çəkən bürclər var.


Yaxşı, bəs hansı bürclər daha emosionaldır?


Bakupost.az həmin araşdırmanı təqdim edir:


XƏRÇƏNG




Xərçəng həddən artıq emosional bürclərin siyahısında birinci yerdədir. Xərçəng bürcləri sevdikləri insanlara qarşı çox həssasdırlar. Onlar həmişə öz həyatlarına əhəmiyyət verirlər. Sərt mübahisələr və mənfi hadisələr xərçəngləri dərindən incidir. Xərçəng bürcünə aid olanlar çox asanlıqla qırılır, incinir və özünə gəlmələri uzun müddət alır. Duyğularının öhdəsindən gələ bilməyən xərçənglər çətinliklə toparlanırlar.


BALIQLAR




Balıq bürcü həssas və emosional xarakterləri ilə diqqət çəkir. Balıqlar ətrafdakı hər kəsin köməyinə çatır. Hamını xoşbəxt etmək üçün sonsuz mübarizə aparır. Balıqların mübarizəsinə önəm verilmədikdə, görməzdən gəldikdə ürəkləri qırılır. Sevməyi və sevilməyi sevən balıq bürcü, hisslərinə qarşılıq ala bilmədiyi zaman özlərini çox pis hiss edər. Uzun müddət tək qalmaq və geri çəkilmək istəyərlər.


QOÇ




Qoç bürcləri sərt və güclü görünsələr də, çox yumşaq qəlblidirlər.

Qoç bürcü hər hansı bir problemlə asanlıqla mübarizə apara bilər. Çox vaxt onları şiddətli mübahisələrdə görə bilərsiniz. Ancaq qoç bürcləri göründüyü qədər güclü deyil.

Qoç bürcü insanları çox asanlıqla inciyə və əsəbiləşə bilərlər. Yaşadıqları xoşagəlməz situasiyalardan sonra böyük xəyal qırıqlığı yaşayan qoçların güc toplaması uzun müddət tələb edir.

TƏRƏZİ




Tərəzi ümumiyyətlə astrologiyada dəyişkən təbiəti ilə tanınır. Bununla belə, tərəzilərin başqa bir xüsusiyyəti çox emosional olmaqdır.

Tərəzilər öz ruh ekizlərini tapdıqlarına inandıqda, dürüst olarlar. Hər zaman sevgilərini hiss etdirirlər.
Sevdiklərini bütün qəlbləri ilə sevən tərəzilər, qırıldığı təqdirdə bir daha həyatdan zövq ala bilməzlər. Yaşadıqlarını hər zaman xatırlayar, həyatı özlərinə zəhər edərlər.


Aygün
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər