Ru
20:28 / 05 Dekabr 2022

Həştərxan vilayətində Müslüm Maqomayevin büstünün açılışı oldu - FOTO

1957
Bu gün Həştərxan vilayətinin Nərimanov şəhərində görkəmli xanəndə və bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin büstünün təntənəli açılışı olub.


Bakupost.az Astrobl.ru saytına istinadən bildirir ki, mərasimdə vilayət  rəhbərliyinin, bələdiyyənin, ictimaiyyətin nümayəndələri, şəhər  sakinləri iştirak ediblər.

Qubernator İqor BabuşkincNərimanov şəhərinin mərkəzi parkında görkəmli sənətkarın ağ mərmərdən  abidəsinin qoyulması qərarını qəbul edib. Büst Həştərxan şəhərinə "Azərbaycan Sosial- İqtisadi və Mədəni Əməkdaşlığa Yardım Mərkəzi" regional ictimai təşkilatı tərəfindən hədiyyə edilib.


Mərasimdə çıxış edənlər bildiriblər ki, Azərbaycan Həştərxan vilayəti üçün Xəzər regionunda əsas tərəfdaşlardan biridir. Azərbaycanla təkcə iqtisadi deyil, həm də humanitar sahədə: təhsil, tibb, mədəniyyət və idman sahələrində əlaqələr inkişaf etdirilir. Həştərxan vilayətinin Nərimanov şəhəri  ilə Bakı şəhərinin Nərimanov rayonu isə qardaşlaşmış şəhərlərdir. Müslüm Maqomayevin büstünün açılışı Həştərxan vilayəti ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.
Həştərxan vilayətində Müslüm Maqomayevin büstünün açılışı oldu  - FOTO
Həştərxan vilayətində Müslüm Maqomayevin büstünün açılışı oldu  - FOTO
Həştərxan vilayətində Müslüm Maqomayevin büstünün açılışı oldu  - FOTO
Şərhlər
  • t.ədalət

    Müslüm Qarabağın ruslar və erməniləır tərəfindən işğal edilməsinə biganə qaldı.Bir rusist kimi yaşadı.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər